OCAĞA ODUN ATMAQ
OCAĞI SÖNMƏK (QARALMAQ)
OBASTAN VİKİ
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da təndir qoyarkən yumrulanan gilə deyilir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini - mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar.Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə “Xan” ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də. Seyidlik vəsiqəsi olanlar da bu kimi mülkədarlardan olurdular.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. == Tarixi == Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Sağlamlıq ocağı
Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır. == Sağlamlıq Ocağı Personalı == Bir sağlamlıq ocağının xidməti ən az bir həkim və yetər ədəddə sağlamlıq personalından ibarət olan bir qrup tərəfindən icra edilər. Vəzifə tərifi çərçivəsində sağlamlıq xidmətini təsirli və məhsuldar bir şəkildə yerinə yətirə bilməsi üçün bir sağlamlıq ocağında olması lazım olan personal bu şəkildədir: Pratisyen həkimlər, tibb bacısı, mama, ətraf sağlamlıq texniki, sağlamlıq məmuru, tibbi sekretar, şofer, köməkçi xidmətlər (xadimə, qızdırıcı, bağban, gecə gözətçisi, tenisyen köməkçisi v. b.). == Sağlamlıq ocaqlarının Vəzifə və Məsuliyyətləri == Sağlamlıq ocaqları hər cür qoruyucu həkimlik xidmətləri, xəstələrin müayinə və müalicəsi, sağlamlıq ocağına qeydli şəxslərin sağlamlıq sicillərini tutmaq ilə mükəlləfdir. Sağlamlıq ocağı həkimləri müalicə edə bilmədikləri hadisələri, xəstəxanaya sövğü lazım olan təcili hadisələri vs. vəziyyətlərdə xəstələri xəstəxanaya sövq edə bilərlər. Sağlamlıq ocağında həkim olmadığı vəziyyətlərdə köməkçi sağlamlıq personalı xəstələri sağlamlıq mərkəzləri və xəstəxanalara göndərə bilərlər.
Türk ocağı
Türk ocağı — türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət. == Haqqında == 1911-ci ilin martm 12-də İstanbulda təsis olunmuşdur. Cəmiyyət eyni adlı klublar, məktəblər açmağa, kitab və risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk ocağı"-nda çalışmışlar. Bakıda da eyni adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1918-ci ilin sentyabrın 24-də Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə Bakı şəhər komendatına müraciətlə, "Osmanlı türkləri ilə Azəri türklərini bir-birinə yaxından tanıtmaq üçün" bir "Türk ocağı" cəmiyyəti açmağa icazə verilməsini xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir müraciət ərizəsinin üzərində belə bir kənar qoymuşdu: "Türk ocağı"nın proqramı dairəsində açılmasına məhdudiyyət yoxdur". Oktyabrın 7-də cəmiyyətin açılmasına icazə verilməsi barədə Bakı vitse qubernatorunun imzası və qubernatorluğun möhürü ilə təsdiqlənmiş 731 saylı vəşiqə verilmişdi. Abdulla Şaiq onun surətində vəsiqəni aldığını və proqramın iki nüsxəsini təqdim etməyi öhdəsinə götürdüyünü yazmışdı. "Azərbaycan" qəzetinin 1918-ci il 6 noyabr tarixli 32-ci sayında hökumət tərəfındən "Türk ocağı" cəmiyyətinin yaradılmasına icazə verildiyi bildirilərək, onun məram və məqsədi barədə yazılmışdı: "İndi türklüyü sevən, millətinə kömək etmək istəyən hər bir ziyalı türk, bu ocağın başına yığışmalı, bu ocağı öz səyi və müavinəti ilə işıqlandırmalı, hərarətləndirməlidir ki, bu ocaq da öz işığı ilə millətimizi işıqlandırıb, öz istisi ilə milli vücudumuzu isindirə bilsin".
Vulkan ocağı
Vulkan ocağı – (rus. вулканический очаг, ing. magma chamber, vol­canic focus, magma reservoir, pocket of magma) yer qabığında və ya yerin üst mantiyasında vulkanı qidalandıran, təcrid olunmuş maqma kamerası və ya çəlləyi. Vulkan ocağı 50- dərin­likdə yerləşir.
Yeniçəri Ocağı
Yeniçərilər (türk. Yeniçeri) — yeni döyüşçü, XIV-XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu. Yeniçərilər sipaxlar və akıncalarla birlikdə imperiya qoşununun əsasını təşkil edirdilər. Kapıkuluların (sultanın qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı - Həzrət Əlinin zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər. == Yaranması == Yeniçəri Sultan Muradın hakimiyyəti dönəmində təşəkkül tapdı. Osmanlılar tutduqları ərazilərdə 8-18 yaşlı xristian uşaqları toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı qəbul etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə öyrədilirdi.
Zəlzələ ocağı
Zəlzələ ocağı – (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Z. o. yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırıl­malara uyğun gəlir.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İmminin ocağı
İmminin ocağı — Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə pirin ətrafında dördkünc fоrmalı möhrə divar оlmuşdur. Möhrə divar dağıldığından pir binası bərpa оlunmuş və оnun yerində daşdan, hündür kürsülük üzərində, dördkünc fоrmalı bina tikilmişdir. Pirin içərisində sənduqə tipli üç qəbir daşı vardır. Qəbir daşlarının bəzisinin üzərində ərəb əlifbasında yazı оlsa da, оxunmaz hala düşmüşdür. Bu tip sənduqələr Оrta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterikdir. Pir xalq arasında İmminin оcağı adlanır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 210.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. == Haqqında == Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
Şıxbaba ocağı
Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə.
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər.
Sağ qalmaq (teleserial)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
возвеселя́ться да́ле крепостна́я модифици́рование насу́нуть шарови́дный подру́жкин полу́торка придви́нуть раскрыва́ть blankety-blank colleger dark repair discontinuous eunuchoid Geoffrey mendable philharmonic quillon susceptibleness V-formation wolfsbane воспрещение натолкнуть ночь